ABŞ Ukraynanı Rusiya ilə hədələyir

ABŞ Ukraynanı Rusiya ilə hədələyir
  22 Sentyabr 2016    Oxunub:1871
ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna hökumətinə iqtisadi və siyasi islahatların keçirilməsi ilə bağlı xəbərdarlıq edib.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, Baydenin fikrincə, Avrop Birliyi tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ləğv oluna bilər: “Biz bilirik ki, əgər Ukrayna Avropa Birliyinə bəhanə versə, ən azından beş ölkə rəsmi Moskvaya qarşı tətbiq edilən sanksiyalar siyahısından adının çıxarılmasını tələb edəcək”.

Lakin Bayden konkret olaraq bu ölkələrin adını çəkməyib.

O, eyni zamanda hər həftə Ukrayna hökumətinin nümayəndələri ilə ölkədə islahatların keçirilməsi ilə bağlı mütəmadi telefon əlaqəsi saxladığını, Almaniya, İtaliya və Fransanın siyasi sanksiyalara etimad göstərməsi barə danışıqlar apardığını da etiraf edib.

Qeyd edək ki, bundan öncə Slovakiyanın baş naziri Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yalnız ABŞ-ın xeyrinə işlədiyini bildirmişdi: “Bu sanksiyalar Avrop İttifaqına ziyandan başqa heç nə vermir”-deyə o, əlavə etmişdi.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti