Ermənistanın eks-nazir müavini ölkəsindən şikayət etdi

Ermənistanın eks-nazir müavini ölkəsindən şikayət etdi
  22 Sentyabr 2016    Oxunub:1844
Ermənistanın müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyan İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayət edib.
AzVision.az xəbər verir ki, bunu Şirxanyanın vəkili Ayk Alumyan bildirib. Onun sözlərinə görə, artıq şikayət Avropa Məhkəməsi tərəfindən qeydiyyata götürülüb.

Vəkil bildirib ki, şikayət müvəkkilin səhhəti və ona qarşı irəli sürülən ittihamlarla bağlıdır: “Hazırda Vaan Şirxanyan əlavə kömək olmasa hərəkət edə bilmir”.

Bundan başqa istintaq orqanı Vaan Şirxanyana yeni ittiham irəli sürüb: “Yeni maddə əlavə edilib. O, hakimiyyətin mənimsənməsinin hazırlığında ittiham edilir”, - deyən vəkil əlavə edib. Bildirib ki, onlara ittihamın ağırlaşdırılması ilə bağlı hər hansı əsaslandırma təqdim olunmayıb.

Xatırladaq ki, 2015-ci il noyabrın 25-də Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkə ərazisində 19 nəfərlik silahlı qruplaşmanın üzvlərini həbs edib. Nazir müavini həmin dəstə ilə əlaqədə şübhəli bilinir.

AzVision.az


Teqlər:  





Xəbər lenti