Ermənistanın yeni baş nazirinin oğurluq etirafı

Ermənistanın yeni baş nazirinin oğurluq etirafı
  22 Sentyabr 2016    Oxunub:2460
Ermənistanın dövlət aparatında primitiv oğurluq hallarını aradan qaldırmaq lazımdır.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetində çıxışı zamanı baş nazir Karen Karapetyan dövlət hesabına aviabiletlərin alınmasından danışarkən bildirib.

“Bu primitiv oğurluğu aradan qaldırmaq lazımdır. Mənə bunu hansı sxemlərlə edildiyi, fantaziya ilə fikirləşildiyini danışıblar. Əgər bu cür yolları başqa məqsədlər üçün düşünsəydilər, onda nəticə tamamilə fərqli olardı”, - deyə Karapetyan vurğulayıb.

Ölkədə turizm sektorundan danışan Karapetyan Ermənistanda turistlərin sayının qonşu ölkələrdən dəfələrlə az olmasından şikayətlənib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti