ABŞ Türkiyəyə terror xəbərdarlığı etdi

ABŞ Türkiyəyə terror xəbərdarlığı etdi
  22 Sentyabr 2016    Oxunub:2523
ABŞ-ın Türkiyədəki səfirliyi Qaziantəp bölgəsində terror aktının törədiləcəyi ilə bağlı xəbərdarlıq edib.
AzVision.az"RİA Novosti"yə istinadən xəbər verir ki, Dövlət Departamenti ABŞ vətəndaşlarını Türkiyənin cənub-şərqinə səyahət etməməyə çağırıb.

"Qaziantepdə terrorçu qruplaşmaların fəaliyyətinin araşdırılması nəticəsində məlum olub ki, onlar "Starbucks" və "Big Chef " kafe və restoranlar şəbəkəsini, həmçinin Qərb dövlətlərindən olan turistlərin müştərisi olduqları digər obyektləri hədəf seçiblər. ABŞ vətəndaşlarına Qaziantepdəki belə yerlərə gedərkən, ehtiyatlı olmağa və imkan daxilində həmin obyektlərə getməməyi məsləhət görürük",-deyə ABŞ-ın Türkiyədəki səfirliyinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd edək ki, bu ilin avqustunda Qaziantəpdə törədilən terror nəticəsində 56 nəfər ölüb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin hadisəni terrorçu İŞİD qruplaşmasının 14 yaşlı üzvünün törətdiyini bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti