TÜRKPA referendumu müşahidə edəcək

TÜRKPA referendumu müşahidə edəcək
  22 Sentyabr 2016    Oxunub:1414
Azərbaycan Respublikası Milli Məclisinin dəvəti ilə TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası 2016-cı il sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun qısamüddətli monitorinqini həyata keçirəcək.
Missiya Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament üzvləri, eləcə də TÜRKPA Katibliyinin nümayəndələrindən ibarətdir.

Səsvermə günü missiya üzvləri bir neçə səsvermə məntəqəsində müşahidə aparacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti