Ermənistan əsirini geri qaytarmağa çalışır

Ermənistan əsirini geri qaytarmağa çalışır
  10 Avqust 2013    Oxunub:1224
Ermənistan Azərbaycan sərhədlərini pozaraq əsir düşən hərbiçisinin azad edilməsi üçün Qırmızı Xaç Komitəsinə müraciət edib.
Ermənistanın müdafiə nazirinin müavini David Tonoyan, Azərbaycan sərhədlərini pozaraq əsir düşən əsgər Akop İnciqulyanın geri qaytarılmasını təşkil etməsi üçün Beynəlxal Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət edib. Bu barədə AzVision.az erməni mətbuatına istinadən məlumat verir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, BQXK nümayəndəsi Draqanoy Rankoviçlə görüşdə David Tonoyan ondan əsir Akop İnciqulyana “-baş verənlər hüquqi baxımdan onun üçün heç bir problem yaratmayacağını “ deməsini xahiş edib.

Erməni rəsmisinin həmçinin, Komitədən “Azərbaycan tərəfinin razılığı olarsa, Ermənistan vətəndaşının vətənə sağ-salamat qaytarılmasını təmin etməsini” xahiş etdiyi bildirilir.

Qeyd edək ki, avqustun 8-də Ermənistan ordusunun sıravi əsgəri Akop İnciqulyan Azərbaycan sərhədlərini pozub. Onun erməni olduğunu anlayan yerli sakinlər əsgəri saxlayaraq müvafiq orqanlara təhvil veriblər.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti