Türkiyədə ağır yol qəzası: 68 yaralı

Türkiyədə ağır yol qəzası: 68 yaralı
  23 Sentyabr 2016    Oxunub:1133
Türkiyənin Karabük şəhərinin Əskibazar qəsəbəsində iki sərnişin avtobusu toqquşub.
AzVision.az Anadolu agentliyinə istinadla xəbər verir ki, toqquşma nəticəsində aralarında uşaqların da olduğu 68 sərnişin yaralanıb.

Yaralılardan 40-ı xəstəxanalara çatdırılıb, digərləri isə yerindəcə yardım göstərildikdən sonra evə buraxılıblar.

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti