`Kimin ABŞ prezidenti olacağı önəmli deyil` – Ruhani

`Kimin ABŞ prezidenti olacağı önəmli deyil` – Ruhani
  23 Sentyabr 2016    Oxunub:1396
“İran üçün ABŞ-da keçiriləcək prezident seçkilərində Hillari Klinton və ya Donald Trampın qalib olacağı elə də əhəmiyyətli deyil.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu çıxışı zamanı İran prezidenti Həsən Ruhani bildirib.

“Biz yalnız ABŞ-da deyil, bütün dünyada seçkiləri izləyirik”, - deyə Ruhani Nyu-Yorkda keçirilən mətbuat konfransında qeyd edib.

“Bizim üçün ABŞ-da kimin seçiləcəyi, hansı partiyanın qalib olacağı önəmli deyil. Milli maraqlarımız bizim üçün hər şeydən önəmlidir”, - Ruhani vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti