`Qarabağın həlli prioritet olacaq` - Avstriya XİN

`Qarabağın həlli prioritet olacaq` - Avstriya XİN
  23 Sentyabr 2016    Oxunub:2024
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avstriyanın ATƏT-dəki sədrliyinin prioritetləri sırasında olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Sebastyan Kunts BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 71-ci sessiyasında deyib.

Nazirin sözlərinə görə, 2017-ci ildə Vyana sədrliyinin prioritetləri arasında "Ukraynanın şərqində, Gürcüstanda, Dağlıq Qarabağda və Dnestryanı münaqişələrin nizamlanması da olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti