Putinin partiyası qalib gəldi - 343 nəfər deputat oldu

Putinin partiyası qalib gəldi - 343 nəfər deputat oldu
  23 Sentyabr 2016    Oxunub:2022
Rusiya Dövlət Dumasına seçkilərin nəticələri açıqlanıb.
AzVision.az xəbər verir ki, MSK katibinin müavini Nikolay Bulayev Vahid Rusiya Partiyasının 343 deputat mandatı qazandığını söyləyib.

İkinci yerdə 42 mandatla Rusiya Kommunist Partiyası, daha sonra 39 mandatla RLDP, 23 mandatla “Ədalətli Rusiya” partiyası gəlir.

Bulayevin sözlərinə görə, Dövlət Dumasında Vətəndaş Platformasından bir deputat, “Vətən”dən bir deputat və namizədliyini müstəqil irəli sürən bir deputat olacaq. O, 18 sentyabrda keçirilən seçkilərdə Rusiya üzrə seçici fəallığının 47,88 faiz təşkil etdiyini açıqlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti