Ermənistanda əsgəri öldürən 6 hərbçi tutuldu

Ermənistanda əsgəri öldürən 6 hərbçi tutuldu
  23 Sentyabr 2016    Oxunub:1717
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində 16 sentyabr tarixində öldürülən erməni əsgərin işgəncəyə məruz qaldığı müəyyənləşib.
AzVision.az “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sonna Truzyan bildirib. Onun sözlərinə görə, əsgər Narek Patatanyanın ölümü ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 6 nəfərə ittiham irəli sürülüb.

Həmin şəxslər artıq həbs olunub. Həbs olunanların arasında zabit də var.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti