Milli Şuranın “Putinə Məktubu” yetişmədi

Milli Şuranın “Putinə Məktubu” yetişmədi
  10 Avqust 2013    Oxunub:1598
Eldar Namazov: `Putinə ünvanlanmış müraciəti avqustun 12-də müzakirə edəcəyik`.

“Eldar Namazov bildirdi ki, Milli Şuranın Rusiya prezidenti Vladimir Putinə məktubu hələlik göndərilməyib”. Bu barədə Milli Şurada cəmiyyətlə əlaqə üzrə komitənin sədri Mehman Əliyev məlumat verib.

Onun sözlərinə görə, Eldar Namazov həmçinin bildirib ki, sözügedən yazılı müraciət Milli Şuranın avqustun 12-də keçiriləcək sessiyasında müzakirə ediləcək. Milli Şura üzvlərinin təklifləri əsasında məktuba əlavə və düzəlişlər ediləcəyi də istisna edilmir.

Qeyd edək ki, bir müddət əvvəl KİV-lərdə Milli Şuranın Vladimir Putinə müraciətinin tam mətni yayılmışdı. Buna baxmayaraq Milli Şuranın rəhbərliyi bu xəbəri təkzib etmişdi. Lakin sosial şəbəkələrdə məhz Mehman Əliyev tərəfindən imzalanmış məktubun fotoşəkilləri yayılıb.





Bu gün isə Milli Şuranın İctimaiyyətlə əlaqələr komissiyasının sədri Mehman Əliyevin imzaladığı həmin müraciətin mətninin orijinalı KİV-lərin əlinə keçib. Müraciətdə Mehman Əliyev Rusiya prezidentindən xahiş edir ki, Rüstəm İbrahimbəyovun vətəndaşlığına xitam verilməsi prosedurasını sürətləndirsin. Xahişini də bununla əsaslandırır ki, müxalif qüvvələrin və vətəndaş cəmiyyətləri təşkilatlarının hüquqi və demokratik dövlət qurmaq ümidləri məhz bundan asılıdır.

Məktubun sonunda Milli Şura qeyd edir ki, “biz əminik ki, dölət başçısı kimi bu hisslər Sizə yaxındır və biz istəyirik ki, onlar Rusiyada olduğu kimi Azərbaycanda da reallığa çevrilsin”.

Mehman Əliyev isə bildirir ki, bu, şəxsi xahiş deyil, Milli Şuranın Rusiya prezidentinə rəsmi müraciətidir. O, sadəcə olaraq ondan edilən xahişi yerinə yetirib və müraciətin mətnini hazırlayaraq həmin ərəfədə Moskvada olan Eldar Namazova göndərib. Sonuncu isə öz növbəsində müraciəti Rusiya prezidentinə çatdırmalı idi. Amma... bu müraciət niyə Putinin yox, sosial şəbəkələrin əlinə keçib, bunu yalnız təxmin etmək olar.


Teqlər:  





Xəbər lenti