ABŞ-da silahlı insident: Ölən və yaralılar var

ABŞ-da silahlı insident: Ölən və yaralılar var
  24 Sentyabr 2016    Oxunub:1460
ABŞ-ın Vaşinqton ştatının Berlinqton şəhərində silahlı insident baş verib.
AzVision.az-ın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxs “Cascade Mall” ticarət mərkəzinə girərək insanlara atəş açııb. Nəticəsində 3-ü qadın olmaqla 4 nəfər ölüb, iki nəfər isə ağır bədən xəsarətləri alıb. Onlardan birinin vəziyyəti ağırdır.

Polis hadisə yerindən qaçan silahlının saxlanlıması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. Artıq atəş açan şəxsin fotosu əldə edilib və polis əməkdaşlarına paylanılıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti