Klinton Trampı qabaqlayır - Sorğu

Klinton Trampı qabaqlayır - Sorğu
  24 Sentyabr 2016    Oxunub:1541
ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 4% qabaqlayır.
“Reuters” xəbər verir ki, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 41 faizini, Tramp isə 37 faizini toplaya bilər.

Sentyabrın 16-dan 22-dək keçirilən sorğuda 1559 respondent iştirak edib. Sentyabrın 26-da prezidentliyə namizədlərin ilk teledebatları baş tutacaq.

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti