Lütfi Zadə referendumu dəstəklədi: `Uğurlu inkişafa yeni yollar açacaq`

Lütfi Zadə referendumu dəstəklədi: `Uğurlu inkişafa yeni yollar açacaq`
  24 Sentyabr 2016    Oxunub:6223
Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı olan Lütfi Zadə Azərbaycanda keçiriləcək referendumla bağlı mövqeyini açıqlayıb.

AzVision.az “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, alim Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti və Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazoya verdiyi açıqlamada referendumun keçirilməsini alqışlayıb.

“Mən Azərbaycanda gedən quruculuq prosesini çox diqqətlə izləyirəm. Azərbaycan indi referenduma hazırlaşır. Yəqin ki, bu, zərurətdən yaranıb. Konstitusiya dövlət quruluşunun əsasıdır, onun qanunlarını, vətəndaşların hüquq və vəzifələrini özündə əks etdirir. Bilirəm ki, Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərin çoxu ölkə vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsi, mənafelərinin daha səmərəli təmin edilməsi, idarəetmə funksiyalarının təkmilləşdirilməsi ilə bağlıdır. Əminəm ki, Azərbaycan Konstitusiyasına yazılacaq təzə sətirlər ölkənin uğurlu inkişafına yeni yollar açacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti