Əli Kərimli də vahid namizəd olmaq istəyir

  10 Avqust 2013    Oxunub : 541
Əli Kərimli də vahid namizəd olmaq istəyir
“AXCP bu seçkidə öz namizədi ilə o zaman iştirak edə bilər ki, bir yerdə olduğumuz demokratik qüvvələr belə bir razılığa gəlsinlər”.
AXCP Ali Məclisinin sessiyasında təşkilat rəhbəri Əli Kərimli maraqlı çıxış edib. Əli Kərimli yeni situasiyanın yarandığını qeyd edib:

“Rüstəm İbrahimbəyovun sənədlərini qaydaya sala bilmədiyi üçün seçkidən kənarda qala biləcəyi ehtimalı yaranıb. Bu halda demokratik qüvvələr İbrahimbəyovun namizədliyi üzərində son məqama qədər israr etməklə, onun özünün də iştirakı ilə yenidən vahid namizəd müəyyənləşdirməlidir. AXCP indiyə qədər olduğu kimi, bu məqamda da konstruktiv mövqe tutmalıdır. Partiya bu seçkidə özünün iştirakı ilə bağlı məsələni nəzərdən keçirməlidir”.

Bundan sonra Əli Kərimli AXCP-nin fəaliyyətində və təbliğat kursunda yeni vəzifələr ortaya çıxaracaq bir məqamı açıqlayıb: “ Mən hesab edirəm ki, AXCP bu seçkidə öz namizədi ilə o zaman iştirak edə bilər ki, bir yerdə olduğumuz demokratik qüvvələr belə bir razılığa gəlsinlər”.

Bu cümlənin bircə izahatı var - “bir yerdə olduqları demokratik qüvvələr” – yəni Milli Şura razılığa gəlsə, Əli Kərimli həmin qurumun vahid namizədi ola bilər.” (Yeni Müsavat)

Teqlər: