`Silahı üstümə tutdular, təlaş içində idim`- Ərdoğanın oğlu

`Silahı üstümə tutdular, təlaş içində idim`- Ərdoğanın oğlu
  26 Sentyabr 2016    Oxunub:3913
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı ilk dəfə açıqlama verib.
AzVision.az -ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, B.Ərdoğan qiyam gecəsi həyat yoldaşı ilə birgə böyük həyəcan yaşadığını deyib: “Həmin vaxt pis bir ssenari gözümün önündə canlandı. Təlaş içində idim. Həyat yoldaşım mənimlə birlikdə idi. O, gecə ailəmlə Tarabya vilayətində idim. Həyat yoldaşımla uşaqlarımızı yatızdırırdıq. Həmin vaxt körpülərin bağlanması ilə bağlı internetdən xəbər oxudum. Dostlarım mənə mesajlar göndərməyə başladılar. Televizoru açdım. Sonra Marmaris bölgəsində olan babamla əlaqə saxladım. Onlar İstanbula gəlməli idilər. Saat 01:00 radələrində hava limanına getdim”.

Prezidentin oğlu daha sonra qeyd edib ki, həmin vaxt inandığı birindən qəribə mesaj alıb: “Mesajı aldığım vaxt dövlət çevrilişinə cəhdlə bağlı fikirlərim dəqiqləşdi. Mən ailəmlə bərabərəm, dövlət çevirilişinə cəhd edilir. Şəhid olmaq yaxşıdır. Ağlımdan keçən ssenaridə məhkum olmaq, ailədən, həyat yoldaşı və uşaqlardan ayrı qalmaq vardı. Yollarda tıxaclar olduğu üçün dollayı yollarla 2 saat yarımdan sonra hava limanına çatdıq.

Havalimanında olduğumuz vaxt atam gəldi. “F-16” qırıcılarının aşağıdan uçduğunu gördük. Həmin vaxt övladlarım və həyat yoldaşım Tarabyada eyni hadisələri yaşayırdılar. Hava limanında prezidentlə bir yerdə olduğum vaxt helekopter başımızın üstündən uçmağa başladı. Bir an pəncərəni açdım, helekopterdə olan silahlar bizə tərəf yönəlmişdi. Ətrafda mülki əhali toplaşmışdı. Bu vaxt həqiqətəndə bir narahatlıq yaşadıq”.

Prezidentin Marmarisdən İstanbula təyyarə ilə gəldiyini deyən B. Ərdoğann fikirlərini belə yekunlaşdırb: “O, hər an tankın qarşısına çıxa bilən prezidentdir. Məhz belə bir prezidentə sahib olduğu üçün xalq tankların önünə çıxdı. Demək ki, belə imtahaları yaşaya-yaşaya Allah bizə dözüm, güc bəxş edib”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:





Xəbər lenti