FHN bir nəfəri xilas edib

  10 Avqust 2013    Oxunub : 390
FHN bir nəfəri xilas edib
Bilgəhdə dənizdə batma təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə, “Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində 1 nəfər batma təhlükəsi ilə üzləşib. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunub.

Əməliyyat saat 15:34-də başa çatıb.

Teqlər: