3 nəfər xilas edilib

3 nəfər xilas edilib
  11 Avqust 2013    Oxunub:1037
Fövqəladə Hallar Nazirliyi dənizdə batan 3 nəfərin xilas edilməsi ilə bağlı məlumat yayıb.
AzVision.az Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər batma təhlükəsi ilə üzləşib.
Bundan başqa, Qaradağ rayonunda dənizdə ("Qaradağ-1" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşib.
Vətəndaşlar Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasedicilər tərəfindən xilas olunub.


Teqlər:  





Xəbər lenti