`Referendum şəffaf, demokratik keçirilib` - Sergey Lebedev

`Referendum şəffaf, demokratik keçirilib` - Sergey Lebedev
  28 Sentyabr 2016    Oxunub:1509
"Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri bu ölkənin xalqının real iradəsini əks etdirir".
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.

"Referendumun nəticələri göstərir ki, Azərbaycan xalqı Konstitusiyaya dəyişiklikləri dəstəkləyir", - deyə Lebedyev vurğulayıb.

Rusiyalı rəsmi Azərbaycanda keçirilən referendumda MDB-dən də müşahidə missiyasının işlədiyini xatırladıb: "MDB müşahidə missiyası referendumun qanuni, şəffaf, demokratik keçirildiyini, Azərbaycan xalqının iradəsini əks etdirdiyi bildirir".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti