Kürdə batan şəxsin meyidi tapıldı

Kürdə batan şəxsin meyidi  tapıldı
  11 Avqust 2013    Oxunub:1400
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, avqustun 7-də Kür çayının Kürdəmir rayonu ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 160 km aralıda nəzarətsiz ərazidə) batan 1986-cı il təvəllüdlü Zamiq Zakir oğlu Xəlilovun axtarışları başa çatıb.

Z.Xəlilovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 150 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti