İsraildən gözlənilməz qərar

İsraildən gözlənilməz qərar
  12 Avqust 2013    Oxunub:1135
Rəsmi Tel-Əvivin Şərqi Qudüs və İordan çayının qərb sahilində məskunlaşma siyasəti davam edəcək
İsrail tikinti nazirliyi Uri Ariel Şərqi Qudüs və İordan çayının qərb sahilində 200 min mənzillik yaşayış massivinin tikintisilə bağlı tenderin keçirildiyini elan edib.

U. Ariel bildirib ki, 800 mənzillik yaşayış massivi Şərqi Qudüsdə, 400 mənzillik isə İordan çayının qərb sahilində inşa ediləcək:

İsrail Tikinti Nazirliyi, Yaxın Şərqdə sülh danışıqlarının ikinci turu cərcivəsində gözlənilməz qərar verib. Onun sözlərinə görə, dünyada heç bir ölkə, kimin harada nə inşa edəciyi ilə bağlı təlimat verə bilməz: "Ölkəməzdə tikinti işləri davam edəcək".

ABŞ-ın Yaxın Şərq üzrə səlahiyyətli nümayəndəsi İsraildə nəşir olunan “Maariv” qəzetinə açıqlama verərək bildirib ki, Vaşinqton həbs olunan 104 fələstinli məhbusun sərbəst buraxılması qarşılığında İsrailin bölgədə apardığı məskunlaşma siyasətinə yaşıl işıq yandırıb.

Bəzi siyasətçilər bəyan edirlər ki, məlum qərar başlanan sülh danışıqlarına zərbə vuracaq. (ANS PRESS)


Teqlər:  





Xəbər lenti