Qubada universitet yandı

Qubada universitet yandı
  12 Avqust 2013    Oxunub:1162
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Quba rayonu, İkinci Nügədi kəndində (rayon mərkəzindən 11 km aralı) Bakı Dövlət universitetinin hal-hazırda fəaliyyət göstərməyən, sökülməkdə olan ümumi sahəsi 480 kv.m olan 2 mərtəbəli taxta konstruksiyadan ibarət tikili yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti