6 istiqamətdə atəşkəs pozulub

6 istiqamətdə atəşkəs pozulub
  12 Avqust 2013    Oxunub:1044
Erməni Silahlı Qüvvələri atəşkəs rejimini növbəti dəfə pozub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Azatamut və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Eyni zamanda Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə məruz qalıb.

Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Qızıloba, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz, Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə,düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:  





Xəbər lenti