İbrahimbəyov xaricdə pul axtarır

 İbrahimbəyov xaricdə pul  axtarır
  12 Avqust 2013    Oxunub:1079
Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov “Yeni Müsavat”a müsahibə verib. Müsahibədə o Azərbayacana gəlməməsinin səbəbini xaricdə vəsait problemini həll etməsi ilə əlaqələndirib.
- Mənə deyirlər ki, gəl Bakıya. Mən də deyirəm ki, bəs, bu problemləri kim həll edəcək?

Mən bizim siyasi partiyaların liderlərindən soruşuram: seçki kampaniyasına böyük miqdarda pullar lazımdır, onların isə pulları yoxdur və onu təşkil eləyə bilmirlər. Deməli o vəsaiti kimsə təşkil eləməlidir. Vəsaitsiz necə seçki kampaniyası aparmaq olar? Təcrübə göstərir ki, seçki kampaniyası aparmaq üçün bir neçə milyon pul lazımdır. Mən gəlib Bakıda qalsam, Bakıdan çıxmağıma imkan verilməsə, o pulları kim təşkil edəcək? Camaatın pulu yoxdur. Siz bunu bilə-bilə niyə mənim gəlməməyim məsələsini qabardırsınız, niyə demirsiniz ki, əksinə, Rüstəm müəllim o anda gəlməlidir problemləri həll etsin? İşin mahiyyətini bilməyən adamlar elə deyirlər ki, Rüstəm müəllim Bakıya gəlsin.

Yaranmış problemlərin çoxunu ancaq mən həll edə bilərəm. Həll eləmək üçün də mən azadlıqda olmalıyam. Həll eləmək üçün də bu dəqiqə Azərbaycanda olmalı deyiləm. Bu gün xaricdə qalmağım çox şeyləri həll edir. O cümlədən vəsait problemini.


Teqlər:  





Xəbər lenti