Heykəltəraşlar Bakının Qala qəsəbəsində açıq səma altında çalışıblar və yerli təbii daşlardan (Şəmkir qumdaşı, Abşeron əhəngdaşı) müxtəlif əsərlər yaradıblar. Simpozium çərçivəsində yaradılan işlər Bakı şəhərinin parklarından birində sərgilənəcək.
***
Bundan başqa, Leyla Əliyeva “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda V Beynəlxalq “Tullantıdan sənətə” sərgisi ilə tanış olub. Açılış mərasimində “Tullantıdan sənətə” sərgisinin 5 illiyi münasibətilə videokadrlar nümayiş etdirilib.
Oktyabrın 12-dək davam edəcək “Tullantıdan sənətə” sərgisi ilə tanış olmaq istəyənlər üçün oktyabrın 3-dən etibarən 3 gün ərzində saat 12:00-da “İçərişəhər”in Qoşa Qala qapısından “Qala” qoruğuna avtobus yola düşəcək.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
AzVision.az