İbrahimbəyovun təşəbbüs qrupunun iclası başa çatıb

 İbrahimbəyovun təşəbbüs qrupunun iclası başa çatıb
  12 Avqust 2013    Oxunub:923
“El” Hərəkatının üzvü Eldəniz Quliyevin sədrliyi ilə Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun təşəbbüs qrupunun toplantısı keçirilib.

İclasda Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

ALP İcrayyə Komitəsinin sədri Elman Məmmədzadə Milli Şura sədrinin təşəbbüs qrupunun sədri olub. O, həmçinin təşəbbüs qrupunun MSK-dakı nümayəndəsi seçilib.

Bildrilib ki, təşəbbüs qrupu müvafiq sənədləri hazırlayaraq MSK-ya təqdim edəcək.

Tədbir mətbuata qapalı keçirilib. Hazırda isə mətbuat nümayəndələri üçün brifinq keçirilir.

AzVision.az



Teqlər:  





Xəbər lenti