1600 aviareys təxirə salındı – Qasırğa təhlükəsi
“American Airlines” yaydığı məlumata görə, Mayami, Fort-Loderdeyl – Hollivud və Palm –Biç hava limanlarından uçuşlar təxirə salınıb.
Şirkət uçuşların oktyabrın 7-də bərpa olunacağına ümid edir.
ABŞ-ın Cənubi Karolina ştatında "Metyu" qasırğasına görə milyondan çox insan təxliyə edilib. Ştatda fövqəladə vəziyyət elan olunub.
Qasırğa Cənubi Karolina ştatına şənbə günü çatacağı bildirilir. Küləyin gücü saatda 160 kilometrə çata bilər.
Eldar Tanrıverdiyev
AzVision.az