Obama vaxtından əvvəl prezidentini seçdi

Obama vaxtından əvvəl prezidentini seçdi
  08 Oktyabr 2016    Oxunub:2110
ABŞ prezidenti Barak Obama dövlət başçısı seçkilərində vaxtından əvvəl səs verib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Amerika lideri səs hüququndan prezident seçildiyi vaxta qədər yaşadığı Çikaqoya səfəri çərçivəsində istifadə edib.

Səs verən zaman Obamanın əhval-ruhiyyəsi olduqca yüksək olub. O, öz doğum günü ilə bağlı zarafat edərək məntəqə işçisinə “bir neçə on illik öncə üzünü təraşlamağa başladığını bildirib”.

Səsvermə maşınına yaxınlaşan Obama onun kimə səs verməsinin görünüb-görünməməsi ilə maraqlanıb. Kimə səs verməsi barədə suala Obama cavab verməyərək gülümsəyib.

Obama prezident vəzifəsində ikinci müddətini 2017-ci ilin yanvarında başa vuracaq. Amerika qanunlarına görə, o, üçüncü dəfə seçilə bilməz.

Obama prezident seçkilərində sabiq dövlət katibi Hillari Klintonu dəstəkləyini gizlətməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti