Almaniyada 280 min miqrant axtarışa verilib

Almaniyada 280 min miqrant axtarışa verilib
  08 Oktyabr 2016    Oxunub:1487
Almaniyanın hüquq mühafizə orqanları yerli miqrasiya qanunvericiliyini pozmaqda şübhəli bilinən 280 minə yaxın əcnəbi barədə axtarış elan edib.
AzVision.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Federal Cinayət Polisi İdarəsindəki mənbə məlumat verib

Axtarışda olan şəxslərin sayının belə kəskin artması Almaniya tarixində ən böyük miqrant böhranı ilə izah edilir.

Hakimiyyət orqanlarının məlumatına görə, bu il AFR-ə əsasən Yaxın Şərq və Şimali Afrikadan olan 890 min qaçqın gəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti