Gürcüstanda sesvermə zamanı 2 seçici ölüb

Gürcüstanda sesvermə zamanı 2 seçici ölüb
  08 Oktyabr 2016    Oxunub:8619
Gürcüstanda keçirilən parlament seçkiləri zamanı iki seçici dünyasını dəyişib.
AzVision.az gürcü KİV-lərinə istinadən xəbər verir ki, Batumidə 83 yaşlı kişi səs verib məntəqəni tərk etdikdən sonra qəfil vəziyyəti pisləşib və yerə yıxılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, yaşlı seçicinin həyatını xilas etmək mümkün olmayıb.

Digər bir hadisə Kreli şəhərində baş verib. Seçki məntəqəsinin yaxınlığında yaşlı seçicinin halı pisləşib. O, xəstəxanaya aparılarkən yolda dünyasının dəyişib.

Qeyd edək ki, yerli vaxtla saat 8:00-da Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Sovetinə seçkilər başlayıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jivaniya bildirib ki, 3,53 milyon seçici bu gün 150 deputatı seçməlidir. Onlardan 77 nəfəri proporsional, 73 nəfəri isə majoritar qaydada seçiləcək.

Səsvermə saat 20:00-da başa çatacaq.

AzVision.az



Teqlər:  





Xəbər lenti