`Gürcü arzusu` seçkilərdə qalib gəlib - `Exit-poll`

`Gürcü arzusu` seçkilərdə qalib gəlib -  `Exit-poll`
  09 Oktyabr 2016    Oxunub:2778
Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.

Gürcüstanın OBQ, GDS, İmedi və Maestro televiziya şirkətlərinin sifarişi əsasında TNS şirkətinin keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası 53,8 faiz, müxalifətdən olan “Vahid Milli Hərəkat” partiyası isə 19 faiz səs qazanıb. Bu nəticələrə əsasən yalnız bu iki partiya parlamentdə mandat əldə edə bilib.

Beynəlxalq GFK şirkətinin keçirdiyi “exit-pol”un nəticələri isə bir qədər fərqlidir. Şirkətin yekun hesabatına görə “Gürcü arzusu” səslərin 39,9 faizini, “Vahid Milli Hərəkat” partiyası isə 32,74 faizini toplayıb. “Vətənpərvərlər alyansı” 5,76 faiz, “Leyboristlər” partiyası 4,21 faiz, İrakli Alasaniyanın “Azad demokratlar” partiyası isə 3,21 faiz səs toplayıb.

“Exit-pol” 220 məntəqədə 10 min seçici arasında keçirilib.

***

Gürcüstanda parlament seçkilərində səsvermə başa çatıb.

3645 seçki məntəqəsində səhər 08.00-da başlayan səsvermə 20.00-da başa çatıb. Ölkədə 3,51 mln. seçici qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının xəbərinə görə, saat 17:00-a qədər 42,05 faiz və ya 1,477 mln. seçici səs verib.

Seçkilərin ilkin nəticələrinin sabah 06.00 elan olunacağı gözlənilir. (

AzVision.az


Teqlər:  





Xəbər lenti