Yəməndə yas yasa qarışdı - Mer öldü (Yenilənib)

Yəməndə yas yasa qarışdı - Mer öldü (Yenilənib)
  09 Oktyabr 2016    Oxunub:2947
Yəmənin paytaxtı Səna şəhərində ərəb koalisiyasına məxsus hərbi aviasiya husilərin iştirakı ilə keçirilən yas mərasiminə hava zərbəsi endirib.
Hava zərbəsi üsyançı hökumətin daxili işlər nazirinin atasının ölümü ilə bağlı matəm mərasiminin keçirildiyi binaya endirilib. Hadisə nəticəsində ölən və yaralananların dəqiq sayı açıqlanmayıb.

“RİA Novosti”nin yaydığı məlumata görə, hadisə nəticəsində azı 45 nəfər ölüb, 100-dək adam xəsarət alıb.

Qeyd edək ki, paytaxt Səna şəhəri üsyançıların nəzarəti altındadır. 2015-ci ildən etibarən onların mövqeləri Səudiyyə Ərəbistanını başçılıq etdiyi ərəb koalisiyasının Hərbi Hava Qüvvələri tərəfindən hücuma məruz qalır.

***

Yəmənin paytaxtı Səna şəhərində husilərin iştirakı ilə keçirilən yas mərasiminə hava zərbəsi nəticəsində ən az 140 nəfərin öldüyü bildirilir.

Anadolu agentliyi xəbər verir ki, husilərə məxsus “El-Mesira” kanalının xəbərində hava hücumunun Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən həyata keçirildiyi iddia olunub.

***

Yəmən paytaxtı Sananın meri Əbdülqadir Hilal ərəb koalisiyasının yas mərasiminə endirdiyi zərbə nəticəsində ölüb.

AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin paytaxtında yas mərasiminə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançılarla mübarizədə Yəmən hökumətinə dəstək verir.

AzVision.az


Teqlər:  





Xəbər lenti