BMT-də kritik Suriya müzakirəsi - Video
***
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında Rusiya Fransanın Suriyaya dair təqdim etdiyi qətnaməsinə veto qoyub.
Sənəd Şuranın 11 üzvünün dəstəyini qazansa da, iki ölkə sənədin əleyhinə səs verib. Daha iki ölkə bitərəf qalıb.
Qətnamədə Fransa Hələb şəhəri üzərində uçuşların qadağan edilməsini, atəşkəs rejiminin bərqərar olmasını və Hələbə humanitar yardımın çatdırılmasının təmin edilməsini tələb edirdi.
AzVision.az