Helikopter qəzaya uğradı - 8 nəfər öldü

Helikopter qəzaya uğradı - 8 nəfər öldü
  09 Oktyabr 2016    Oxunub:1792
Əfqanıstanın Baqlan əyalətində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həlak olub.
Bu barədə Associated Press agentliyi Əfqanıstan Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, həlak olanların 5- ekipaj üzvü, 3-ü əsgərdir.

Rəsmi mənbələr qəzaya texniki nasazlığın səbəb olduğunu bildirirlər. Bununla yanaşı, “Taliban” hərəkatının nümayəndəsi bəyan edib ki, qəzanın məsuliyyətini qruplaşma üzərinə götürüb.

AzVision.az


Teqlər:





Xəbər lenti