Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırıldı

Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırıldı
  13 Avqust 2013    Oxunub:909
Dövlət başçısı sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev R.T.İbrahimovun Azərbaycan Respublikasının İsveç Krallığında, Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rafael Tofiq oğlu İbrahimov Azərbaycan Respublikasının İsveç Krallığında, Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".


Teqlər:  





Xəbər lenti