İt olduğunu düşünən tülkü-FOTOSESSİYA

İt olduğunu düşünən tülkü-FOTOSESSİYA
  31 Yanvar 2013    Oxunub:8594
Bu maraqlı hadisə İngiltərənin Uorikşir əyalətində baş verib.
Vəhşi təbiətin nəzarətçiləri yol kənarında yaralı bir tülkü tapıblar. Müalicə üçün heyvan xəstəxanasına aparılan tülkünü sağaldıqdan sonra yenidən meşəliyə geri qaytarmaq mümkün olmayıb. Həkimlər bildirib ki, heyvan artıq vəhşi təbiətdə yaşaya bilməz. Çünki insanlara çox öyrəşib. Bundan sonra Cef Qryukok adlı bir nəfər onu evində saxlamaqçün götürüb. O, vəhşi təbiət nümayəndəsinə Roksi adı verib. Tülkü isə gün keçdikcə öz irsinə aid xüsusiyyətlərini tərgidib və evdə it kimi hərəkət etməyə başlayıb. Evdə olan it ilə də yaxın dost olub .Hətta o it yeməkləri yeyir və itlə oynayır. Tülküyə aid olan yalnızca xarici görünüşünü saxlayıb.

Qalereya




Teqlər:  





Xəbər lenti