Milli Şuraya mitinq göstərişini ABŞ səfiri verib

  13 Avqust 2013    Oxunub : 538
Milli Şuraya mitinq göstərişini ABŞ səfiri verib
Milli Şuranın dünənki mitinqində avqustun 18-nə mitinq təyin olunub. Şura bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətdə 4 yer göstərilib.

Amma müxalifətin əsas nəşrlərindən biri olan “Yeni Müsavat” qəzeti yazır ki, Milli Şuranı mitinqə Qərb ölkələrindən birinin səfiri həvəsləndirib: “Məlumatlı ekspertin dediyinə görə, məhz o, məsləhət görüb ki, 20 -ci sahədə Milli Şura mitinq eləsin və gücünü göstərsin. Səfir təminat verib ki, Milli Şuranın mitinqi günü istiqamətə işləyən bütün nəqliyyat vasitələri istisnasız olaraq çalışacaq”.

Böyük ehtimalla, burada söhbət ABŞ səfirindən gedə bilər. Əgər ehtimal doğrudursa, görünür, bu yolla amerikalı diplomatlar Milli Şuranı Rusiyanın nəzarətindən öz çətirləri altına keçirməyə çalışırlar. Ehtimal isə güman ki, doğrudur, çünki başqa Qərb ölkələrinin səfirləri müxalifətlə o dərəcədə sıx təmas saxlamırlar.

AzVision.az

Teqlər: