`Gәlin, eyforiyaya qapılmayaq` - Rövnəq Abdullayev

`Gәlin, eyforiyaya qapılmayaq` - Rövnəq Abdullayev
  12 Oktyabr 2016    Oxunub:1807
“Әla nәticәdi. Komandanı tәbrik edirәm. Prosineçkiyә dә tәşәkkür edirik. Çәtin olsa da, hәr kәs әlindәn gәlәni etdi vә çox lazımlı xal qazandıq”.
Bu fikirləri AFFA prezidenti Rövnәq Abdullayev milli komanamızın DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə keçirdiyi oyunu şərh edərkən deyib.

R.Abdulayev bu nəticəni gözlənilməz adlandırıb: “Gözlәnilmәzdi, ancaq gәlin, eyforiyaya qapılmayaq”.

“Yığmanın ilk 3 oyunda 7 xal qazanması vә buna qol buraxmadan nail olmasının mükafatı nә olacaq” sualını AFFA prezidenti belə cavablandırıb: “Gәlin, mükafat mövzusunu qabartmayaq. Meydana çıxıb, vәtәn uğrunda çalışırıq".

AzVision.az


Teqlər:





Xəbər lenti