“Milli Şurada qruplaşmaların mübarizəsi gedir”

 “Milli Şurada qruplaşmaların mübarizəsi gedir”
  13 Avqust 2013    Oxunub:990
Milli Şuranın dünən baş tutan növbəti sessiyasında maraqlı məqamlardan biri Müsavat və AXCP rəhbərlərinin təşəbbüsü ilə irəli sürülən professor Cəmil Həsənlinin yeni (ya da ehtiyat) vahid namizəd ola bilməməsi olub. İstər-istəməz sual doğur ki, əgər Milli Şurada müxalifət liderlərinin sözü keçmirsə, bəs onda kimin sözü keçərlidir?

AzVision.az məsələ ilə bağlı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib Qabil Hüseynlinin sözlərinə görə, Milli Şurada vahid namizədin keçirilməsi səsvermə yolu ilə baş tutub :

“Səsvermə məsələsində ziyalılar arasında ciddi rəqabət var, çünki Milli Şurada ziyalılar daha çox təmsil olunur. Onların hər biri özünü prezidentliyə vahid namizəd donunda görür. Bu nöqteyi nəzərdən, İsa Qəmbər və Əli Kərimlinin tərəfdarları azdır. Səsvermədə də milli ziyalı adı altında xeyli adamlar iştirak edib. Onlar da bu iki siyasi xadimin namizədinin keçməsinə əngəl törədirlər. Milli Şurada bilavasitə Eldar Namazovun təsiri daha çoxdur. Eldar Namazova Lalə Şövkət ciddi dəstək verir. Bundan başqa bir sıra partiyalar var ki, onlar Rüstəm İbrahimbəyovun təlimatı ilə məhz bu xətti, yəni Eldar Namazovun müdafiə etdiyi xətti müdafiə edirlər. Artıq Milli Şurada da qruplaşmalar formalaşıb. Bu qruplaşmalar arasında da açıq və gizli formada mübarizə gedir. Bu mübarizənin ilkin döyüşü dünən baş verib. Döyüşdə Eldar Namazovun, Lalə Şövkətin və bəlli bir regional qrup tərəfdarları üstünlük qazanıblar”

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti