"AXCP və Müsavat Milli Şurada dekorasiyadır"

"AXCP və Müsavat Milli Şurada dekorasiyadır"
  13 Avqust 2013    Oxunub:1477
Bir sıra siyasi ekspertlər Milli Şuranın dünənki sessiyasının gedişatından bu nəticəyə gəliblər ki, müxalifətin iki liderinin - İsa Qəmbərin və Əli Kərmlinin Milli Şuradakı rolu sıfıra bərabərdir. Belə ki, onlar hər iki partiya sədrininin Şurada heç bir səlahiyyətinin olmadığını, yalnız müşahidəçi qismində iştirak etdiklərini düşünülər. Müsavat və AXCP rəhbərlərinin professor Cəmil Həsənlini yeni (ya da ehtiyat) vahid namizəd edə bilməməsi isə sadə bir nümunə kimi göstərilir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Rusiyanın əslində hər iki partiyanın adından istifadə etməklə təşkilatın özünün layihəsi olduğunu gizlətmək fikrində olduğunu deyir.
- Musiqnin pulunu kim ödəyirsə, sifarişi də o edir. Rüstəm İbrahimbəyov bu yaxınlarda verdiyi bəyanatında bildirirdi ki, ondan başqa heç kimdə pul yoxdur.Təbii ki, pulsuz da seçkiyə getmək mümkün deyil.
Bu onu göstərir ki, Milli Şura Rusiyanın proyekti kimi yaranıb, burada Müsavat partiyası və AXCP bir dekor kimi istifadə olunur. Çünki onlardan istifadə etməklə təşkilatın Rusiyanın proyekti olduğunu gizlətmək istəyirlər.

Milli Şurada qüvvələr nisbəti elə formalaşdırlıb ki, AXCP, Müsavat, İctimai palata və başqa birliklər hegomonluq edə bilməz. Eyni zamanda Əli Kərimli və İsa Qəmbər də müəyyən dövürlərdə Mill Şuraya böyük ümidlər bağladıqlarına görə bu vəziyyətlə razılaşmışdılar. Diqqət yetirsəniz görəcəksiniz ki, əvvəlcədən Milli Şuranın rəhbərliyi tamami ilə Rüstəm İbrahimbəyova bilavasitə yaxın olan adamların əlinə keşmişdi. Yalnız icra işlərini Müsavat və AXCP- yə tapşırmışdılar. Milli Şura proyekti AXCP və Müsavatın iradəsindən kənarda formalaşdı, sadəcə bu iki partiya Azərbaycan ictimaiyyətini aldatamaq üçün bir müşahidəçi qismində dəvət edilib.

Şahanə RƏHİMLİ



Teqlər:  





Xəbər lenti