Kim səni öldürmək istəyir? – AzVision-un zarafatı (ŞƏKİLLƏR)

Kim səni öldürmək istəyir? – AzVision-un zarafatı (ŞƏKİLLƏR)
  12 Oktyabr 2016    Oxunub:25161
Neçə gündür, feysbukda hamı “Kim səni öldürmək istəyir” adlı `test`dən istifadə edərək, nəticələri öz profilində paylaşır. Xəbər lenti bu cür paylaşımlarla doludur.

Əlbəttə, bu, hər şeydən qabaq, bir zarafatdır. Yəqin ki, əslində heç kim heç kimi öldürmək istəmir, çünki əks halda bu qədər potensial qatilin arasında yaşamaq çətin olardı.

Biz AzVision.az-da qərara gəldik ki, bu zarafatı bir az daha maraqlı edək. Necə? Çox sadə: Maraqlıdır, bəzi adamlar həmin testdən keçsələr, hansı cavab çıxardı? Yaxud, hansı cavabın çıxması kənardan baxanlara daha ləzzətli gələrdi?

Yəqin ki, məsələn, Əli Kərimlinin səhifəsində biz mütləq Niyaməddi Orduxanlını görərdik:



Fətullah Gülən isə jurnalist, `Terrorun Gülən üzü` kitabının müəllifi Aqil Ələsgəri görüncə, testin nəticəsini paylaşıb, belə yazardı:



Hafiz Hacıyev güman ki, nəticəni belə bir komment ilə bölüşərdi:



Əgər Şah İsmayıl Xətai sağ olsaydı və feysbukdan istifadə etsəydi, onda:



Xədicə İsmayıl ilə Emin Hüseynovun davası, güman ki, psixoloji testdə də davam edərdi:



Siyavuş Novruzov Feysbuk-da yoxdur. Amma olsaydı və testdən keçsəydi, güman ki, bu nəticəyə Milli Şuranı lağa qoymağın əlavə imkanı kimi yanaşardı:



Flora xanımın səhifəsində isə sonun söz duellərindən sonra belə bir nəticəni görmək maraqlı olardı:



AzVision.az


Teqlər:  





Xəbər lenti