İqbal Ağazadənin namizədliyi təsdiqləndi

İqbal Ağazadənin namizədliyi təsdiqləndi
  13 Avqust 2013    Oxunub:1019
Mərkəzi seçki Komissiyasının bu gün keçirilən iclasında Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi təsdiq edilib.
AzVision.az xəbər verir ki, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda Ümid Partiyasından səlahiyyətli nümayəndələr də qeydə alınıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasına 9 nəfər prezidentliyə namizəd olmaq üçün müraciət edib.

Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədri Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir, Müasir Müsavat Partiyasından sədr Hafiz Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından sədr Qüdrət Həsənquliyev

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti