Rusiya ilə hərbi əməkdaşlıq 4 milyard dollara çatıb

Rusiya ilə hərbi əməkdaşlıq 4 milyard dollara çatıb
  14 Avqust 2013    Oxunub:1116
“Biz ölkələrimiz arasında əmtəə dövriyyəsinin artmasını böyük məmnunluqla qeyd etdik. Dünyada iqtisadi və maliyyə böhranının davam etdiyi şəraitdə bu, xüsusilə xoşdur. Əmtəə dövriyyəsinin strukturu çox müsbətdir”. Bu sözləri VladimirPutinlə keçirilən birgə mətbuat konfransı zamanı prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, hərbi-texniki sahədə fəal əməkdaşlıq müşahidə olunur. “Mətbuatda hərbi-texniki əməkdaşlığın həcmi barədə vaxtaşırı verilən məlumatlar heç də həmişə reallığı əks etdirmir. Deməliyəm ki, bu gün Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollarla ölçülür və bu göstərici artmaqdadır. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq fəal şəkildə davam edəcək. Azərbaycan artıq haqlı olaraq dünyada ən yaxşı texnikadan biri sayılan Rusiya texnikasının alıcıları olan aparıcı ölkələr sırasına daxildir,- deyə İlham Əliyev qeyd edib.


Teqlər:





Xəbər lenti