Putindən Azərbaycana kompliment

Putindən Azərbaycana kompliment
  14 Avqust 2013    Oxunub:1110
“Artıq çoxdandır ki, Azərbaycanda olmamışam. Axırıncı dəfə 2006-cı ildə olmuşam. O vaxtdan xeyli vaxt keçib. Azərbaycan sürətlə, əzmlə dəyişir, yüksək sürətlə inkişaf edən dinamik ölkəyə çevrilir”. Bu sözləri dünən azərbaycanlı həmkarı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib.

Putin əlavə edib ki, Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək göstəricilərdən birinə malikdir: “Bu, xoşdur. Biz dostlarımıza uğurlar arzulayırıq”.


Teqlər:  





Xəbər lenti