Putindən hərbi gəmi izahatı

Putindən hərbi gəmi izahatı
  14 Avqust 2013    Oxunub:1786
“Danışıqlarda Xəzər regionu çərçivəsində problemlərin həllinə də böyük diqqət yetirdik. Biz bu regionun sülh, əməkdaşlıq regionu olmasında maraqlıyıq. Burada hələ həll edilməmiş problemlər çoxdur. Onlar təhlükəsizlik, sərhədlərin delimitasiyası, Xəzər dənizi sisteminin bioloji müxtəlifliyinin qorunub saxlanması və sair məsələlərə aiddir”. Bu sözləri dünən azərbaycanlı həmkarı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib.

- Biz çox istəyirik ki, bütün bu məsələlər həll edilsin və təbii ki, bütün Xəzəryanı dövlətlərin maraqları nəzərə alınmaqla həll edilsin,- deyə o, əlavə edib. -Səciyyəvi haldır ki, Rusiyanın Xəzər donanmasının gəmilər dəstəsinin Bakıya dostluq səfəri də bizim danışıqlarla eyni vaxta təsadüf edir. Bu dəstənin tərkibində “Dağıstan” raket gəmisi və “Volqodonsk” kiçik artilleriya gəmisi də vardır. İlin sonunda Azərbaycan dənizçiləri Həştərxana cavab səfəri etməyi planlaşdırırlar.


Teqlər:





Xəbər lenti