Azərbaycanın hərbi gəmiləri Rusiyaya girəcək

Azərbaycanın hərbi gəmiləri Rusiyaya girəcək
  14 Avqust 2013    Oxunub:854
"Azərbaycan hərbi gəmiləri bu ilin axırına qədər Rusiyaya dostluq səfərinə gedəcəklər. Bu, cavab səfəri olacaq".
Bunu Rusiya prezidenti Vladimir Putun azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlardan sonra bildirib.

"Xarakterik haldır ki, bizim Bakıya bu dostcasına səfərimizi Rusiyanın Xəzər donanmasının gəmiləri müşayiət edir. Bu dəstənin tərkibinə "Dağıstan" raket gəmisi və "Volqodonsk" kiçik artilleriya gəmisi daxildir. İlin sonunda azərbaycanlı dənizçilər də Həştərxana cavab səfərinə çıxmağı planlaşdırırlar" - deyə Putin bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti