`Bizim nəyimiz varsa, Belarusa verməyə hazırıq` - Nazir
“Belarusa Avropa Oyunlarının təşkilini öz üzərinə götürdüyü üçün minnətdarıq. İlk Avropa Oyunları sonuncu olaraq qalsaydı, bu, ədalətsiz olardı. Bu gün Aleksandr Lukaşenkonun mövqeyi və Belarusun II Avropa Oyunlarını təşkil etmək istəyi onu göstərir ki, Oyunlar mövcudluğunu davam etdirmək üçün böyük şans əldə edib. Unutmaq olmaz ki, Avropa Oyunlarının əsas amili avropalı idmançılardır. Onların belə səviyyəli yarışlarda iştirak etməsi və əvəzsiz təcrübə əldə etmək imkanları olmalıdır”.
Nazir əlavə edib ki, rəsmi Bakı Belarusla bütün sənədləri, məlumatları, nailiyyət və təcrübəni bölüşməyə hazırdır: “Oyunları Azərbaycanda təşkil edən peşəkar insanların Belarusa köməkdə iştirak eməsi bizim üçün böyük şərəf olardı. Bizim nəyimiz varsa, Belarusa verməyə hazırıq”
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ilin yayında Azərbaycanda keçirilib. Kayak və kanoe yarışları Bakıdan 285 km uzaqlıqda yerləşən Mingəçevir şəhərində təşkil olunub.
İlkin Nəcəfzadə
AzVision.az