`Azərbaycanlıların ölkəyə dönməsi arzuolunandır`

`Azərbaycanlıların ölkəyə dönməsi arzuolunandır`
  14 Avqust 2013    Oxunub:1512
Artıq Moskvadan sənədləri qaydasında olmayan ilk Azərbaycanlı miqrantlar qrupu Bakıya göndərildi. Statistik məlumatlara görə, hazırda Rusiyada 2 milyon azərbaycanlı yaşayır ki, onların təxminən 1 milyon 600 min nəfəri artıq Rusiya vətəndaşlığını alıb və artıq bu ölkədə yaşayan azərbaycanlı sayılır. Azərbaycanın təxminən 400 min vətəndaşı əmək miqrantı olaraq Rusiyada müvəqqəti məskunlaşıb.
AzVision.az-ın məlumatına görə bu barədə iqtisadçı Vüqar Bayramov məlumat verib. İqtisadçının sözlərinə görə, Rusiyada yaşayan azərbayacanlı miqrantlar ölkəyə geri dönmək məcburiyətində qalarsa bu çox böyük çətinliklərə səbəb ola bilər.

- Azərbaycan Mərkəzi bankının məlumatına görə, il ərzində Rusiyadan Azərbaycana orada yaşayan azərbaycanlı emiqrantlar tərəfindən təxminən 1 milyard dollar göndərilir. Eyni zamanda Rusiya mətbuatının qiymətləndirmələrinə görə, bu rəqəm reallıqda 3 milyard dollara yaxındır.

Aydındır ki, bu rəqəmlər ona görə fərqlidir ki, göndərilən vəsaitlərin hamısı qeydə alınmır. Amma bütün hallarda söhbət əmək miqrantlarının Azərbaycana göndərdiyi çox böyük vəsaitdən gedir. Ona görə də Rusiya tərəfinin Azərbaycan da daxil olmaq bir sıra digər MDB ölkələrinə əmək miqrantların sayını məhdudlaşdıracağı, bununla bağlı qanunvericilik aktlarını sərtləşdirəcəyi, eyni zamanda əmək miqrantlarının qeydiyyatı ilə bağlı məsələləri gündəmə gətirəcəyi gözlənilir. Rusiya Azərbaycana təsir etməklə Gömrük İttifaqı ilə bağlı məsələlərə yenidən baxılmasına çalışır.

Yaxın zamanlarda Rusiyada yaşayan azərbaycanlı miqrantların bir qismi ölkəmizə mərhələli deyil qısa intervalda dönmək məcburiyyətində qalacaqlarsa o zaman bu ölkədə əmək bazarında müəyyən gərginlik yarada bilər. Çünki Rusiyada işləyən azərbaycanlı miqrantların böyük bir qismi hər hansı ixtisasa malik olmayanlardır. Buna görə də Azərbaycana qayıtdıqdan sonra onların işlə təmin olunmasında müəyyən çətinliklər yarana bilər. Eyni zamanda Rusiyadakı azərbaycanlı miqrantların ölkəmizdə göndərdikləri vəsaitlər əsasən rayonlarda yaşayan ailələrə ünvanlandığından bu Bakıdan kənarda yaşayan bir sıra ailələrin də sosial vəziyyətinə mənfi təsir göstərə bilər.

Bununla belə, Rusiyada yaşayan və hüquqi status almaqda problemləri olan azərbaycanlıların mərhələli və könüllü Azərbaycana qayıtmaları da arzuolunandır. Doğrudur, Rusiya daha böyük bazardır və 140 milyona yaxın istehlakçıları var. Amma eyni zamanda Azərbaycan iqtisadiyyatı də gəlirlilik baxımdan 10 il öncəki iqtisadiyyat deyil. Bu isə azərbaycanlıların mərhələli ölkəyə qaytması və işlə təmin olunmasına imkan verə bilər. Digər tərəfdən, hətta soydaşlarımız Azərbaycanda Rusiyaya ilə müqayisədə az pul qazansalar da belə onların ölkəyə dönməsi arzuolunandır. Onlar burada Rusiyadan fərqli olaraq daha təhlükəsizlik işləmək və ölkə iqtisadiyyatında yeni dəyər yaratmaq imkanlarına malik olacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti