Əli Əhmədov İbrahimbəyovu məsuliyyətsiz adlandırdı

Əli Əhmədov  İbrahimbəyovu məsuliyyətsiz adlandırdı
  14 Avqust 2013    Oxunub:1272
Milli Şuranın seçkilərə start verildiyi bir dövrdə namizəd axtarışına çıxması ondan xəbər verir ki, müxalifət seçkilərə hazır deyil, özünə inamını tamamilə itirib, Azərbaycan vətəndaşları müxalifət təmsilçilərini dəstəkləmirlər.
Bunu jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Ə.Əhmədov bildirib ki, Rüstəm İbrahimbəyovdan prezidentliyə namizəd çıxmaz: "Onun nə yaşı, nə siyasi təcrübəsi, nə ümumiyyətlə məsuliyyətsizliyi ciddi seçki kampaniyasında iştirak etməyə imkan vermir. Bu qədər hüquqi cəhətdən problemləri olan bir insanın seçki kampaniyasına qoşulmaq haqqında fikirləri ortaya qoyması elə onun məsuliyyətsizliyndən xəbər verir. Görünür ki, müxalifət seçkiyə qatılmaq üçün öz arasında namizəd tapa bilmir. Bilirlər ki, Azərbaycan vətəndaşları onlardan olan bir namizədi dəstəkləməyəcək. Düşünürdülər ki, bəlkə Rüstəm İbrahimbəyovu kinorejissor olmağına görə dəstəkləsinlər. Amma ölkə prezidenti seçilmək üçün kinorejissor olmaq kifayyət deyil".

YAP rəsmisi bildirib ki, ölkə prezidenti seçilmək istəyən şəxs insanların etibarını qazanmalıdır, siyasi səriştəsi olmalıdır, insanlar onun gələcəkdə ölkəyə rəhbərlik etmək bacarığına malik olduğunu görməlidirlər: "Bütün bu parametrlərdən məhrum olan bir insanın seçki kampaniyasına qoşulmaq iddiası insanları aldatmaqdan başqa bir şey deyil".(Trend)


Teqlər:  





Xəbər lenti